Azərbaycanda dəhşətli qətl: Başını bədənindən…

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

turaninsesi.az ”   xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib. 

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

⤵️

Arzu Paşaqızı