Sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusuna həsr olunmuş tədbir keçirilib

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak ediblər.

Tədbirdə 2025/2026-cı tədris ili üzrə müəyyən edilən prioritet istiqamətlər, təhsil siyasətində nəzərdə tutulan əsas hədəf və gözlənilən yeniliklər barədə geniş məlumat verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI