DİN BNMİ əməliyyat keçirib: 60 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək Bakı şəhərində dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

turaninsesi.az” xəbər verir ki, Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşınmasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək həyata keçirib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

⤵️

Arzu Paşa.q