Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib.
“Turanın səsi” in xəbərinə görə, A.Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb:
“Ancaq təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09