Hərbi xidmətə getməyi gecikdirənlər həbs oluna bilər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb və o, 1 il 9 ay 3 gün müddətində azadlıqdan məhrum edilib.

Maraqlıdır, hansı hallarda yaşı hərbi xidmətə yararlı hesab olunan şəxslər bu cür cəza ilə qarşılaşa bilər?

turaninsesi.az” məsələni hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edib. 

“Deməli, orada məlumatda bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, başlığa çıxarıblar ki, bu adam məhkəmə zalında həbs olunub. Əgər məlumatı diqqətlə oxumusunuzsa, bu, verilən apeliyyatçı şikayətidir. Apeliyyatçı şikayəti Şəki Rayon Məhkəməsinin hökmündən verilən şikayətdir və o, istintaq dönəmində həbs olunmur. Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov bir il, doqquz ay, üç gün müddətinə azadlıqdan məhrum edilir və istintaq dövründə ona başqa yerə getməmək haqqında verilmiş iltizam ləğv olunub, yəni məhkəmə zalında həbs olunub”, – deyə ekspert bildirib.

O, məsələ barədə fikirlərinə belə davam edib:

“Bizdə bəzən məlumatı o qədər qeyri-dəqiq oxuyurlar ki, insanlar apeliyyatçı şikayətin verildiyini başa düşmürlər. Apellyasiya məhkəməsində hərbi xidmətə çağırışdan yayınmaqda ittiham olunan Bayram Məlikovun ad və soyadını şərti yazıblar, və mən bunu başa düşə bilmirəm. Bu adam 2004-cü il təvəllüdlüdür və artıq 21 yaşı var, çağırış yaşı isə 18-dir.

2022-ci ildə təyin olunmuş məntəqəyə gəlməyib. Hərbi xidmətdən deyil, toplantılardan sonra əskəri xidmətə gəlməyib. Toplantıya gəlməməsi çağırışdan qəsdən yayınmaq hesab olunub və buna görə cəza təyin edilib. Peşəkar baxışla bu məsələdə suallar çoxdur. 21 yaşına qədər ali təhsil alıb, amma niyə hərbi xidmətə getməyib? 18 yaşında getməli olduğu halda, niyə getməyib?”

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI