Şəkidə mağazalardan 9 000 manatlıq oğurluq edən və həmkəndlisinə məxsus avtomobili qəsdən yandıran şəxs tutulub

0

Şəki rayonunun Baş Göynük kəndi ərazisində yerləşən 3 mağazadan oğurluq edilib. Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən 9000 manat dəyərində ərzaq məhsullarının, tütün məmulatlarının,enerji içkilərinin, mobil telefon danışıq kartlarının və kassada olan nəğd pulun oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Baş Göynük kənd sakini Nazim Məmmədov saxlanılıb. İstintaq zamanı həmin şəxsin oğurluq etdiyi gecə öz həmkəndlisinə məxsus “VAZ-2107” markalı avtomobili də qəsdən yandırdığı müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarının bir qismini dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib
Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir