“İrəvan Bakı ilə gömrük-sərhəd prosedurlarını sadələşdirməyə hazırdır”

Ermənistan Azərbaycan və digər qonşularla gömrük və sərhəd prosedurlarını sadələşdirməyə hazırdır.
“turaninsesi.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
“Vaşinqton Bəyannaməsində bu sazişin əsasında fəaliyyət göstərdiyi beş prinsip açıq-aydın göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq. “Sülh kəsişməsi” layihəsini təqdim etməklə artıq bəyan etmişik ki, bu prinsiplər əsasında nizamlanmaya və sadələşdirmələrə hazırıq”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə onilliklər ərzində mövcud olan gömrük və sərhəd nəzarəti formaları yoxdur:
“Biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. İnsanlara toxunmaq, onları axtarmaq lazım olan üsullar 5-10 ildən sonra bütün ölkələrdə, o cümlədən Ermənistan sərhədlərində yox olacaq. Təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, həm də bütün sərhəd məntəqələrimizdə sadələşdirmələrə gedəcəyik. beş prinsip çərçivəsində uyğundur”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI