“Qalatasaray”dan növbəti həmlə

“Qalatasaray” qapıçı axtarışlarına davam edir.
“turaninsesi.az” xəbər verir ki, İstanbul nəhəngi bu dəfə “Porto”nun 25 yaşlı qapıçısı Dieqo Kostaya təklif göndərib.
“Qalatasaray” qolkiperin keçidi üçün Portuqaliya klubuna 20 milyon avro təklif edib. “Porto”ya edilən rəsmi təklifdə əlavə bonuslar da yer alıb.
Klub üçün əsas namizəd “Mançester Siti”nin braziliyalı qapıçısı Edersondur.