Ölkədə yağışlı-küləkli hava şəraiti hökm sürür

Milli Hidrometeorologiya Xidməti saat 10:00-a olan faktiki havanı açıqlayıb.
“turaninsesi.az” xəbər verir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3 mm-dək qeydə alınıb. Toyuqlu pizza
Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənib.