Qəbul imtahanında fırıldaq: DTX ifşa etdi

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

turaninsesi.az” xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) gördüyü tədbirlərlə müəyyənləşdirilərək saxlanılıb və barələrində DTX-də cinayət işi başlanılıb.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib. 

Bəzi abituriyentlərin nəticələri ləğv olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI