Jurnalistlər KTM-də icbari tibbi sığortanın təşkili ilə tanış olublar

0

Turanın səsi” xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış olub və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləyib.

Mediaturun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.

KTM-in direktoru Könül Ələkbərov icbari tibbi sığortanın tətbiqindən sonra struktur dəyişikliklərinin həyata keçirildiyini xatırladıb: “Sığorta tətbiq edildikdən sonra tibbi xidmətlərin əlçatanlığı baxımından xəstəxanaya müraciətlərin sayı artıb. 2020-ci il pandemiya dövrünə təsadüf etdiyi üçün müqayisəni 2019-cu il ilə qeyd edəcəm. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 65 242 müraciət daxil olmuşdusa, 2021 və 2022-ci illərdə müraciətlərin sayı müvafiq olaraq 108 606-ya və 276 835-ə qədər yüksəlib. Bu il stasionara qəbul 22 166, cərrahi əməliyyat sayı isə ötən il ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 9762 olub”.

Bilidirilib ki, icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına KTM-də yeni tibbi şöbələr yaradılıb, müasir tibbi avadanlıqlar (EXO, EKQ, USM, KTQ, Kolonoskopiya və s.) alınıb, Türkiyədə və Avropanın digər ölkələrində təhsil almış uzmanlar işə cəlb olunub. KTM-də Urologiya, Neyrocərrahiyyə, Torakal cərrahiyyəsi, Endoskopiya şöbələri yaradılıb. KTM-in tabeliyində ölkəmizin ən böyük Hemodializ Mərkəzi fəaliyyətə başlayıb. Kəskin və xroniki hemodializ xəstələrinin Mərkəzdə müalicə edilməsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əlavə hemodializ aparatları alınıb, çarpayı sayı 81-ə çatdırılıb. Hemodializ Mərkəzində Nefrologiya şöbəsi yaradılıb.

Mediatur zamanı jurnalistlər pasiyentlərin tibb müəssisəsinə ilkin müraciət prosesi, icbari tibbi sığortadan istifadə qaydaları, diaqnostik müayinə otaqları, o cümlədən bir neçə tibbi şöbənin fəaliyyəti ilə tanış olublar. Həmçinin jurnalistlər KTM-də yeni yaradılmış və Cənubi Qafqazın ən böyük Təcili tibbi yardım şöbəsini də gəziblər. Onlar şöbədə yaradılan 2 canlandırma otağı, 8 çarpayılıq mini reanimasiya zalı, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaqlara təcili tibbi yardımın göstərilməsi üçün yaradılan zallarla tanış olublar.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir