Bakıda dəhşətli gecə: Partlayış

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən “turaninsesi.az“-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI