Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi 21 iyun Sea Breeze-də yerləşən restoranlardan birində baş tutub.
Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.
“turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun “Pasha Holding”ə məxsus “Pashabank”da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI