Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura yekun vurulacaq.
“Turanın səsi ”in məlumatına görə, günün ilk matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.
Gəncə təmsilçisi 10 xalla doqquzuncu, sumqayıtlılar 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu komandalar arasında 2017-ci ildən bəri keçirilən son 5 oyunun heç birində “Kəpəz” qələbə qazana bilməyib.
Tura “Zirə” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 23 xalla beşinci, tovuzlular isə 16 xalla altıncı yerdədir. Birinci dövrədə Tovuzda baş tutan matçda “Zirə” 3:1 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası, XVI tur
4 dekabr
14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Gəncə şəhər stadionu
17:00. “Zirə”– “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib – 1:1.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09