ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib

ABŞ yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib.

Turanın səsi “xarici KİV-ə istinadən xəbər verir ki, təqdimetmə mərasimi bombardmançı təyyarəni istehsal edən “Northrop Grumman” şirkətinin Palmdeyl şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda baş tutub.

Şirkətin məlumatına görə, “B-21 Raider” dünyada ilk altıncı nəsil bombardmançı təyyarədir. O, həm adi, həm də nüvə silahı ilə təchiz edilmiş sursat daşıya bilər.

Qeyd edilib ki, bu strateji bombardmançı təyyarə təkmilləşdirilmiş “stels” texnologiyası sayəsində ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə biləcək.

Mərasimdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir