Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

Mayın 28-də Laçın şəhərində müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirlə görüşüb.

turaninsesi.az” xəbər verir ki, tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI