“Qalatasaray” səfərdə qələbə qazandı

Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən “Qalatasaray” səfərdə “Göztepe” ilə qarşılaşıb.

turaninsesi.az” xəbər verir ki, “Gürsel Aksel” stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 0:2.

Bununla da, “Qalatasaray” liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən “Göztəpə” 47 xalla 8-ci pillədə qalıb.

Superliqanın son həftəsində “Qalatasaray” öz meydanında “Başakşəhər”i qəbul edəcək.