Büdcənin yarım milyard pulu yerli banklara depozit qoyuldu 

Maliyyə Nazirliyi dövlət büdcəsinin daha 500 milyon manat pulunu 5 yerli banka depozit qoyub.

turaninsesi.az” xəbər verir ki, bu vəsait 30 gün müddətinə 6.8%-lə depozit edilib.

Ötən ay ₼1.5 milyard vəsait 7.04%-lə yerləşdirilmişdi.

Qeyd edək ki, ümumilikdə ₼2 milyard vəsait bu beş sistem əhəmiyyətli banka yerləşdirilib. Həmin banklar ABB, Paşa Bank, Kapital Bank, Unibank və Bank Respublikadır.