Məşqçi hakimi söydü, klub 400 manat cərimələndi

AFFA İntizam Komitəsi “Turan Tovuz-2” komandasının baş məşqçisi Ruslan Məmmədov 5 oyunluq cəzalandırıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Mütəxəssis Əvəzedicilər Liqasında “Neftçi-2” ilə keçirilən oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün cəza ilə üzləşib. 

Tovuz klubu 400 manat cərimələnib.