Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.


turaninsesi.az” xəbər verirki, xədbirdə Mədəniyyət Naziri Cənab Adil Kərimli, Mədəniyyət Nazirinin müavini cənab Murad Hüseynov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Cənab Vaqif Həsənov, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəsi cənab Emin Hüseynov, Ağdam rayon İcra Hakimiyyətinin müavini cənab Xəqani Nəzərov, Millət vəkili cənab Elman Məmmədov, cənab Bəxtiyar Əliyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam şəhəri üzrə Nümayəndəsi Səyyarə xanım Məmmədova, Bakı Musiqi Akademiyasının Rektoru Fərhad Bədəlbəyli, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin Direktoru Könül xanım Kərimova, Vətən müharibəsi qaziləri, və bir çox Elm, Təhsil və Mədəniyyət Xadimləri iştirak etmişlər.