“Mançester Siti” qələbə qazandı

Premiyer Liqanın 35-ci turunun açılış oyununda “Mançester Siti” “Volverhempton”u qəbul edib. “Şəhərlilər” matçdan 1-0 hesablı qələbə ilə ayrılıb.
“turaninsesi.az” xəbər verir ki, qarşılaşmadakı yeganə qolu 35-ci dəqiqədə Kevin de Brüyn vurub. Qonaqların 7 oyunluq məğlubiyyətsizlik seriyası da bununla yekunlaşıb.
Bu nəticə ilə “Mançester Siti” xallarının sayını 64-ə yüksəldib və 3-cü pillədə qərarlaşıb. “Volverhempton” isə 41 xalla 13-cüdür.