UEFA Çempionlar Liqası: “Arsenal” doğma meydanda PSJ-yə uduzdu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

turaninsesi.az” xəbər verir ki, ilk oyun günündə “Arsenal” PSJ-ni qəbul edib.

Londonda baş tutan matçda qonaqlar qələbə qazanıblar – 0:1. Dembelenin 4-cü dəqiqədə vurduğu dəqiq zərbə qarşılaşmanın taleyini həll edib.

Qeyd edək ki, cütlüyün cavab oyunu mayın 7-də keçiriləcək. Yarımfinalın digər qarşılaşmasında “Barselona” “İnter”lə mübarizə aparacaq. Turnirin final matçı isə mayın 31-də Münhendə baş tutacaq.