DSMF tərəfindən İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub
01-12-2022 12:58:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub.

turanın səsi ” xəbər verir ki , Nazirliyin tabeliyindəki DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

İştirakçılar əvvəlcə istedadlı pensiyaçıların və Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımları qeyd edib.

Nazir müavini 400-dən çox pensiyaçının qatıldığı, onların intellektual idman növü olan şahmat üzrə bacarıqlarını nümayiş etdirməsinə, həmçinin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edən “Zəfər turniri”nin əhəmiyyətini vurğulayıb.

Həmçinin incəsənətin bir çox sahələrini əhatə edən “İstedadlı pensiyaçı” layihəsindən bəhs edilib. Pensiyaçılar arasında aktiv və sağlam həyat tərzinin təbliğinə, onlarda nikbinlik, özünəinam hissinin artmasına yönələn bu kimi layihələrin davam etdiriləcəyini vurğulayıb.

Turnirin final mərhələsi başlayıb və gərgin keçən mübarizədə I yeri tutan Həmzə İsmayılova, II yeri tutan Mehman Hacıyevə və III yeri tutan Tarıyel Bayramova diplom və mükafatlar, Aydın Ələkbərova həvəsləndirici mükafat, turnirin ən yaşlı fəal kişi iştirakçısı Vaqif Axundova və ən yaşlı fəal qadın iştirakçısı Fəridə Minlikeyevaya təşəkkürnamələr təqdim edilib.

Sonra “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub. İstedadlı pensiyaçılardan ibarət ansambl musiqi proqramı ilə çıxış edib. Pensiyaçıların ifasında mahnılar, milli rəqslər, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqment təqdim olunub. Layihə iştirakçılarına təşəkkürnamələr verilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir