“Boloniya” finala yüksəldi

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Boloniya” evində “Empoli”ni qəbul edib. İlk oyunda səfərdən 3-0 qələbə ilə ayrılan meydan sahibləri bu dəfə də rəqibini məğlub etməyi bacarıb.
“turaninsesi.az” xəbər verir ki, qarşılaşma “Boloniya”nın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Yerli komandanın qollarını Ciovanni Fabian (7) və Tis Dalinqa (86) vurub. Qonaqların yeganə topu Viktor Kovalenkodan (33) gəlib.
Bu nəticə ilə adını finala yazdıran “Boloniya” kubok uğrunda “Milan”la üz-üzə gələcək. Oyun mayın 14-ü baş tutacaq.