Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan kubokunda növbəti finalçı məlum olub.
“turaninsesi.az” xəbər verir ki, yarımfinal mərhələsinin cavaab matçında “Neftçi” “Sabah”ın qonağı olub. İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Sabah” bugünkü görüşdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra finala yüksəlib.
Beləliklə, tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksələn “Sabah” həlledici görüşdə “Qarabağ”la qarşılaşacaq.
Qeyd edək ki, kubokun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.