“Mançester Yunayted” evində uduzdu

İngiltərə Premiyer Liqasının 33-cü turunda “Mançester Yunayted” doğma meydanda “Volverhempton”u qəbul edib. Oyuna ikinci heyətlə çıxan “qırmızı şeytanlar” rəqibinə gözlənilməz şəkildə uduzub.
“turaninsesi.az” xəbər verir ki, matçda yeganə qolu qonaqların heyətində 77-ci dəqiqədə Sarabiya vurub. Bundan sonra “mankuniyanlar” nə qədər irəli atılsalar da, bərabərlik qolunu vura bilməyib.
Bu nəticə ilə “Volverhempton” və “Mançester Yunayted” hərəyə 38 xal toplayaraq, 14 və 15-ci pilləni bölüşüblər. Hər iki klub Premiyer Liqada qalmağı təmin edib.