Bakıda anti-Türkiyə filminin nümayişinin planlaşdırılmasına görə etiraz aksiyası keçirilib

0

Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda – İki bacı” (“Sisters apart”) filminin nümayişinin planlaşdırdığına görə Bakıda “Landmark”ın qarşısında etiraz aksiyası keçirilib.

Turanın səsi ” xəbər verir ki, bir qrup sakin binanın qarşısına toplaşıb.

Onlar əllərində tutduqları plakatlarla Türkiyəyə dəstək nümayiş etdirib, “Terrora son!”, “Yaşasın Azərbaycan, Türkiyə!” şüarlarını səsləndiriblər.

Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xatırladaq ki, “Odda – İki bacı” filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdimək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda – İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir