“Qalatasaray” İkardini komandada saxlayır

Türkiyənin “Qalatasaray” klubu argentinalı hücumçusu Mauro İkardi ilə müqaviləni yeniləmək istəyir. İstanbul nəhəngi digər forvardı Viktor Osimhenin bonservisini ala bilməsə, bütün diqqətini İkardiyə yönəldəcək.

turaninsesi.az” xəbər verir ki, Mauro İkardi klubda qalmaqda maraqlıdır. Futbolçunun meneceri “Qalatasaray” rəhbərliyinə İkardinin “yaşıl işıq” yandırdığını deyib.

Viktor Osimhenin bu mövsüm fantastik çıxışı, İkardini nisbətən kölgədə qoyub. Lakin nigeriyalı ulduzun yayda komandadan ayrılma ehtimalları çox yüksəkdir.