Zelenski: “Rusiya bu il 100 min əsgər itirəcək”

0

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, cəbhədə vəziyyət çətin olaraq qalır, lakin Ukrayna qoşunları müdafiə xəttini saxlayır.

Prezidentin sözlərinə görə, son dərəcə ağır itkilərə baxmayaraq, Rusiya işğalçıları hələ də Donbasda irəliləməyə, Luqansk vilayətində möhkəmlənməyə, Xarkov vilayətində hücuma keçməyə çalışırlar və cənubda hərəkət etmək planları var.

“Amma biz müdafiəni saxlayırıq və ən əsası düşmənə öz niyyətlərini həyata keçirməyə imkan vermirik. Onlar yazda, yayda və payızda Donetsk vilayətini ələ keçirəcəklərini deyirdilər. Artıq bu həftə qış başlayır. Onlar ora nizami ordunu göndəriblər, hər gün yüzlərlə səfərbər olunmuş əsgər və muzdlu hərbçi itirirlər”, – Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, bu il Rusiya hətta “nə qədər də muzdlu hərbçi itirəcək, onu təkcə Allah bilir”.

“Ancaq Ukrayna davam gətirəcək. Dünya hər şeyi edəcək ki, bu cinayətkar müharibədə günahkar olan hər kəs müttəhimlər kürsüsünə əyləşsin”, – Zelenski fikirlərini yekunlaşdırıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir