ÇL-in 1/4 oyunları yekunlaşdı

UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşıb.
“turaninsesi.az” xəbər verir ki, 2-ci oyun günündə “Barselona” Dortmund “Borussiya”sını qəbul edib. Görüş Kataloniya təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.
Digər oyunda isə PSJ Parisdə “Aston Villa” ilə qarşılaşıb. Bu oyunda da meydan sahibləri qalib gəlib – 3:1.
Bu komandalar arasında cavab oyunu 15 və 16 apreldə keçiriləcək.
1/4 finalın ilk oyunları çərçivəsində ötən gecə 2 matç keçirilib. “Real” “Arsenal”a, “Bavariya” “İnter”ə uduzub