Çempionlar Liqası: PSJ qalib gəldi və “Barselona”dan darmadağın

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı keçirilib.

turaninsesi.az” xəbər verir ki, hər iki oyunda 4 qol vurulub.

PSJ evdə “Aston Villa”dan üstün olub. Fransızlar ingilislərin qapısından 3 top keçirməklə qələbə qazanıblar – 3:1.

“Barselona” isə doğma meydanda Almaniyanın “Borussiya” komandasını darmadağın edib – 4:0.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 3:1

23:00. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da baş tutacaq.