Premyer Liqa: “Qəbələ” “Sumqayıt”la heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Turanın səsi” in məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

“Kapitan Bank Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 74-cü dəqiqədə qonaqlar İsnik Aliminin qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Todor Todoroski tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Qəbələ” 5-ci pillədə qalıb. “Sumqayıt” isə 6 xalla sonuncu – 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” “Turan Tovuz”a qalib gəlib – 1:0. Turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib – 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib – 0:0.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir