“Milan”ın futbolçusu “Qalatasaray”da
“Milan”ın “Çelsi”dən icarəyə götürdüyü portuqaliyalı ulduz Joao Feliks “Qalatasaray”a transfer edilə bilər. Futbolçunun meneceri Xorxe Mendes təklif real baxdıqlarını bildirib.
“turaninsesi.az” xəbər verir ki, İtaliya klubunda performansı ilə fiasko yaradan Joao Feliks London klubuna qayıtmağı düşünür. 25 yaşlı yarımmüdafiəçini heyətində görmək istəməyən “Çelsi” isə onu başından rədd eləmək niyyətindədir.
Zahirən “Milan”ın braziliyalı əfsanəsi Kakaya bənzəyən Joao Feliks “rossionerlər”in gözlənilən potensialı illərdir ortaya çıxara bilməyib. O, “Atletiko Madrid”dən “Çelsi”yə 52 milyon avro müqabilində transfer edilmişdi.