Prezidentdən bayram paylaşımı: “Mübarək olsun!”

Azərbaycan Prezidenti İlham Əliyev Fitr bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
“turaninsesi.az” xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:
“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”