Millət Vəkili Nəsib Məhəməliyev iftar süfrəsi açılıb

Mübarək Ramazan ayı bütün gözəlliyi,bununla yanaşı Ramazanda birliyin,bərabərliyin simvolu iftar süfrələri,təravih namazları da davam edir.

Dünən və bu gün Qabaxçöl qəsəbəsində hörmətli millət vəkilimiz Nəsib müəllimin verdigiyi iftar süfrələrində müxəlif təbəqələrdən olan oruclu insanlarla görüşdük,orucmuzu iftar etdik.Dünən ilk dəfə idi oruclu tələbələrimiz də iftarda iştirak edirdilər.Onların bu cürə mənəvi dəyərlərimizlə erkən yaşlarında canlı tanışlıqları əlbətə yerində və xoş haldır.

Yaşlılar,gənclər,yoxsullar,qadınlar,məmurlar,şəhid ailələri və digər yaş,peşə,qruplara aid insanların ortaq mənəvi dəyərdə buluşması,bir araya gəlmələri bayramlarda olur.Ramazanın gözəlliyindən biri də odur ki,bu ayın 30 gününün hər günü bayramdır..


Qabaxçöl mərkəzi məscidinin imamı qəsəbə sakinləri adından belə gözəlliyi,iftar süfrəsini təşkil edən,zəhməti olan hər kəsə təşəkkür etdi.
İftar süfrələri hələ davam edir..

Yeni Balakən qəzeti