Ançelotti: “La Liqa oyunçuları ancaq pulu düşünür”

“Real”ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə sıx oyun qrafikindən şikayətlənib.

turaninsesi.az” xəbər verir ki, o, La Liqa rəhbərliyini təqsirləndirib: 

“Başa düşə bilmirəm. Son oyunumuzdan 3 gündən də az vaxt keçib. Ancaq təqvim belədir. Ümid edirəm ki, bir gün qrafik dəyişdirilər. Gərgin mövsümdür, 3 gündən bir oyun keçiririk. Bəli, meydana mən çıxmıram. Amma futbolçuları oyuna hazırlamalıyam. Niyə La Liqa oyunu bir neçə gün sonraya təxirə salmadı? Televiziya, pul və başqa hər şeylər onlar üçün prioritetdir. La Liqa üçün pul futolçuların sağlamlığından önəmlidir”.

adrid təmsilçisi çərşənbə günü Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə qarşılaşıb. Bu gün isə komanda La Liqada “Vilyarreal”la üz-üzə gəlməlidir.