Avropa Komissiyası siqaretlərin aksiz dərəcəsinin artırılmasını təklif edəcək
Avropa Komissiyası tütün sənayesinin vergiyə cəlb edilməsinə yenidən baxılmasını təklif edəcək.
“Turanın səsi” xəbər verir ki, bu barədə “Financial Times” Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, elektron siqaret vergiyə cəlb ediləcək. Eyni zamanda Avropa İttifaqında aksiz vergi dərəcəsi 20 siqaret qutusu üçün 1,8 avrodan 3,6 avroya qədər iki dəfə artırıla bilər. Bu, bir qutunun qiyməti 3 avrodan aşağı olan Şərqi Avropa ölkələrində siqaretin bahalaşmasına səbəb olacaq.
Qeyd olunub ki, minimum aksiz vergisinin artırılması siqaretin qiymətinin aşağı olduğu ölkələrdə, o cümlədən Bolqarıstan, Slovakiya, Polşa və Macarıstanda istehlakçılara və təsərrüfat subyektlərinə güclü təsir göstərəcək.
Avropa Komissiyası siqaretə qoyulan vergilərin artırılmasının Aİ-yə üzv dövlətlərə əlavə 9,3 milyard avro gəlir gətirəcəyini gözləyir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09