Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.
“Turanın səsi” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabrda Türkiyədə səfərdə olacaq.
Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıqlar da müzakirə olunacaq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09