“Real Madrid”dən əhəmiyyətli qələbə

İspaniya Kral kubokunun yarımfinal qarşılaşmasının ilk matçında “Real Madrid” səfərdə “Real Sosiyedad”ın qonağı olub.

turaninsesi.az” xəbər verir ki, “kral klubu” Santiaqo Bernabeudakı cavab görüşü öncəsi üstünlük qazanıb.

Matçda yeganə qolu 19-cu dəqiqədə Bellinqemin məhsuldar ötürməsini qolla tamamlayan Endrik vurub. Oyun “Real”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü aprelin1-də Madriddə baş tutacaq.