DİN – hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür

Polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər görülür. Yaşayış məntəqələrini birləşdirən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

Hərəkətin təhlükəsizliyi tam təmin edilir.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI