Messinin klubu növbəti mərhələdə
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” (ABŞ) KONKAKAF Çempionlar Liqasında 1/16 final mərhələsinin cavab oyununa çıxıb.
“turaninsesi.az” xəbər verir ki, Mayami klubu ABŞ-ın digər təmsilçisi “Sportinq Kanzas-Siti” ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn “İnter Mayami” 1/8 finala yüksəlib.
“İnter Mayami”nin heyətində Lionel Messi, Luis Suares və Tadeo Alende qol vurub. “Sportinq Kanzas-Siti”də isə Memo Rodriges fərqlənib.