Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyanın Hasake əyalətinin cənubundakı Şəddadi bölgəsində yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub, xəsarət alan olmayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ-ın Şəddadidəki patrul bazasına iki raket atılıb:

“Hücum nəticəsində xəsarət alan olmayıb, baza və ya koalisiya əmlakına heç bir ziyan dəyməyib. Raketlərin atıldığı yerə baxış keçirilib və üçüncü partlamamış raket aşkarlanıb” – məlumatda vurğulanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir