Ədliyyə Nazirliyi Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir.

Turanın səsi ” in məlumatına görə Tədbir Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Hüquq və İnsan Haqları İnstitutunun idarə heyətinin sədri Məhəmməd Quluzadə, Hüquqi Ekspetiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktorunun müavini Elnur Nuriyev, Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov, Mediasiya Şurası idarə heyətinin sədri Nadir Adilov, Məhkəmə-Hüquq Şurası Aparatının sektor müdiri Seyfəlpaşa Əliyev, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı, İctimai Şuranın üzvü, Əmək Hüquqlarının Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov, Hüquq fakültəsinin professor-müəllim heyəti, tələbələr, magistrantlar və doktorantlar iştirak etmişlər.
Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin həmişə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini vurğulayan dekan Azərbaycanda insan hüquqları sahəsində ilk dövlət proqramının məhz xalqımızın ümummili lideri Heydər Əliyev tərəfindən təsdiq edildiyini qeyd etmişdir. Fakültə dekanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşdığını, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramının insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsasını qoyduğunu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu qeyd etmişdir. Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova tədbir iştirakçılarına ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə əməkdaşlıqdan, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən hüquqi maarifləndirmə işlərindən ətraflı bəhs etmişdir. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dövlətin insan hüquqlarının müdafiəsi isitqamətində həyata keçirdiyi tədbirlərdən, bu sahədə qəbul edilən normativ hüquqi aktlardan, ümumiyyətlə bütün normaların əsas məqsədinin insan hüquqlarının təmin edilməsi olmasından danışmışdır. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı İnsan hüquqları üzrə müvəkkilin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirlər və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs etmişdir. Hüquq və İnsan Haqları İnstitutunun idarə heyətinin sədri Məhəmməd Quluzadə insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlə tədbir iştirakçılarını tanış etmişdir. Tədbirdə çıxış edən Mediasiya Şurası idarə heyətinin sədri Nadir Adilov mediatorların tərəflər arasında mübahisələrin məhkəməyədək həllində həyata keçirdikləri fəaliyyətdən və onların məhkəmələrin yükünün azaldılması ilə yanaşı tərəflər arasında maarifləndirici funksiyasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov Kollegiyanın üzvləri tərəfindən işğaldan azad edilmiş rayonlarda və Azərbaycanın müxtəlif rayon və ərazilərində yaşayan vətəndaşlara təmannasız göstərilən hüquqi müdafiə vasitələrindən bəhs etmiş, tədbir iştirakçılarına bu ənənənin davam etdirilməsində Kollegiyanın maraqlı olduğunu bildirmişdir. Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Günay Hacıyeva kafedranın fəaliyyəti, fakültədə insan hüquqlarının tədrisi prosesi haqqında məlumat veürmişdir. Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Cəfər Məmmədov Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdikləri “Ədliyyə ayı” çərçivəsində tələbələrin nazirliyin müxtəlif struktur bölmələrində həyata keçirilən işlə tanış olmaları üçün yaratdıqları şəraitə görə Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova tələbələr adından təşəkkür etmişdir.
Tədbirin sonunda dekan Zaur Əliyev çıxış edərək bildirmişdir ki, artıq bir neçə ildir ki, İnsan hüquqları gününü qalib dövlətin qürurlu vətəndaşları kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edən dekan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərlərinin işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır.
Tədbirdə həmçinin, Hüquq fakültəsi tələbələrinin 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hazırladığı videoçarx nümayiş etdirilmişdir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir