Ədliyyə Nazirliyi Peşə Bayramını qeyd edir

1918-ci ildə Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq olunduğu 22 noyabr tarixi ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunur.
Bir əsrdən artıq şanlı tarixi yol keçən Azərbaycan ədliyyəsi bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizlə bərabər uğurlu inkişaf yolu keçir.

Turanın səsi” xəbər verir ki , Dövlət başçısının Azərbaycan ədliyyəsinə diqqət və qayğısının növbəti təzahürü olaraq 2022-ci il 21 noyabr tarixli sərəncamları ilə bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq görülməsi dərin minnətdarlıq hissi ilə qarşılanmışdır.
Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
Bayramımız mübarək!

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir