ZƏNGİLAN şəhərciyində anım günü böyük etiramla yad edildi
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun iştirakı ilə Zəngilan rayonu polis şöbəsinin rəisi Polis Polkovniki Bəkir Cabbarov və şöbənin polis heyəti qürur günümüz olan “20 Yanvar ” şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər.
“Turanın səsi ” xəbər verir ki , sükut ölkə rəhbər cənab İlham Əliyevin Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün inşa etdirdiyi Zəngilan şəhərciyində baş tutmuşdur .
Qeyd edim ki , ZRPŞ -i təkcə Zəngilan sakinlərinin təhlükəsizliyini yox , həmin şəhərcikdə məskunlaşan , vaxtilə işğal olunan torpaqlarımızdan məcburi köçkün düşmüş Qarabağın digər bölgələrindən olan insanlara da xidmət etməkdədir .
Orda yaşayan sakinlər özlərini daha rahat , daha güvəndə hiss edirlər . Beləki , Daxili işlər Nazirliyinin Zəngilan rayon polis şöbəsi həmin şəhərcikdə və işğaldan azad olunan Zəngilan rayonunda da xidməti borclarını layiqincə icra edirlər .
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI