“TURANIN SƏSİ” informasiya portalı artıq 1 yaşında
Sayt 2022- ci il iyulun 25 -də fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.
turaninsesi.az günün 24 saatı işləyir.
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran turaninsesi.az portalı geniş oxucu auditoriyasına malikdir.
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.
turaninsesi.az saytı hər zaman doğru , dolğun , dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.
Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt , sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində turaninsesi.az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.
turaninsesi.az saytı artıq Tiktok platforması üzərində geniş izləyici sayı toplayıb.
Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.
YAŞIMIZ MÜBARƏK !