Şəhid “Bəşirov Adıgözəl Aşur oğlu” birlikdə anaq

Bəşirov Adıgözəl Aşur oğlu 1974-cü ildə Zəngilan şəhərində anadan olub.

1991-ci il Zəngilan şəhər 3 saylı orta məktəbin bitirdikdən sonra gözəl tar çalma qaibliyyətini nəzərə alıb onu rayonun Şayıflı kəndində yerləşən 7 illik uşaq musiqi məktəbinə tar müllimi təyin edirlər.

1992-ci ilin may ayının 19-da Adıgözəl Bəşirov Zəngilan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilir.Hərbi hissənin rəhbərliyi onu gələcəkdə yaxşı bir zabit kimi görmək üçün ali hərbi məktəbə göndərir.

1997-ci ildə ali hərbi məktəbi müvəffəqiyyətlə başa vuraraq gənc bir zabit kimi “N” hərbi hissəyə göndərilir.


Onun döyüş yolu

Cəbrayıldan,Fizulidən,Ağdamdan,Murovdağdan keçmişdir.

Onun istedad və hərbi bacarığı nəzərə alınaraq 1999-cu ildə kəşfiyyat tağımı,2000-ci ilin dekabr ayinin 11-də “N” hərbi hissəyə motoatıcı bölük komandiri təyin olunmuşdur.

2002-ci ilin aprelin 13-dən o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə “N” saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunmuşdu.

2003- cü ilin avqust ayının 4 də dövlət tapşırığı yerinə yetirərkən mina partlayışı zamanı aldığı çoxsaylı qəlpələrdən həlak olmuşdur.

ALLAH RƏHMƏT ELƏSİN !

Qeyd :

Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu olmuşdur.

  1993-cü il oktyabrın 29-da Zəngilan Rusiyanın köməyilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.

⤵️ ⤵️ ⤵️

Torpaq qanla qarışanda vətən olur !

Vətənimizin müdafiyəsində duraraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan “Bəşirov Adıgözəl Aşur oğlu“-un timsalında Birinci və ikinci Qarabağ müharibəsində düşmənə meydan oxuyan , qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qarşısında baş əyirəm .

QARABAG AZƏRBAYCANDIR !

🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷

TURANIN SƏSİ” ✍ Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09 📲

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir