Rusiya-Ukrayna müharibəsinin 331-ci günü

Bu gün Almaniyanın “Rammstein” hərbi bazasında(ABŞ-ın Avropada ən böyük hərbi bazasıdır) 50 dövlətin iştirakı ilə Ukraynaya dəstək üçün NATO-nun xüsusi toplantısı keçirilib.

Müharibə dövründə bu səviyyədə ilk toplantı olaraq müttəfiq dövlətlər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsiylə bağlı razılığa gəliblər.

Bu barədə ” turanın səsi ” nə açıqlamasında Ukrayna Azərbaycanlilari Birləşmiş Diasporunun Fəxri sədri Oktay Əfəndiyev deyib .

Bu, Ukrayna və dünya üçün dönüş nöqtəsidir.
Müharibənin gedişatında əsaslı dönüş və Ukraynanın qalib olması üçün veriləcək silahlar :
İlkin siyahı.

8 ədəd “Avanger” hava hücumundan müdafiə sistemi

NASAMS sistemləri üçün raketlər

58 ədəd Bradley BTR,90 ədəd Stryker BTR, 350 ədəd SUV

19 ədəd Haubitsa

Minlərlə artilleriya mərmisi

Patriot hava hücumundan müdafiə sistemi

Challanger və Leopard tankları(danışıqlar gedir, hələ tam qərar yoxdur)

P.S.Bu gün həmçinin ABŞ-ın Ukraynaya yeni 2,5 milyard $ , Almaniyanın 1 milyard avro, Finlandiyanın 400 milyon avro birbaşa yardim paketləri təsdiqlənib.Bundan əlavə Hollandiya höküməti F-16 qırıcı təyyarələrinin verilməsini, Kanada 2 ədəd “NASAMS” hava hücumundan müdafiə sistemi, Böyük Britaniya isə 20 min Ukraynalı hərbçinin öz ölkəsində təlim keçməsiylə bağlı qərar verilib.


Dostlar sağ olsun, bütün bu yardımlar Ukraynanın qələbəsinə hesablanıb.

Biz qalib gələcəyik!

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir