Milli Qurtuluş , Milli Qürur Günümüz mübarək AZƏRBAYCAN !

0

Düz 30 il əvvəl – Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilib.

Bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib.

Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Artıq üçüncü ildir ki, xalqımızın taleyini dəyişən Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyə və coşqu ilə qeyd edirik.

Bu gün ərazi bütövlüyünü bərpa edən, azad Qarabağda üçrəngli bayrağını ucaldan, milli qurtuluşdan işğal altındakı torpaqlarımızın azadlığına qədər şərəfli yol keçən müstəqil Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan vətəndaşı daha qürurludur.

Bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edirik!

Yaşasın Azərbaycan !

Yaşasın bütöv türk dünyası !

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir