İqor Korotçenko: “MM sədri Sahibə Qafarovanın cavabı güclü və dəqiqdir”

0

“Milli Məclisin sədri Sahibə Qafarovanın Simonyana cavabı güclü və dəqiqdir. Bu, təcavüzkara cavab zərbəsi kimidir”.

Turanın səsi“-in məlumatına görə Bu fikri açıqlamasında rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyana cavabını şərh edərkən səsləndirib. 

Milli Məclisin sədrinin çıxışını özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan İ. Korotçenko yazıb ki, Sahibə Qafarovanın cavabı “güclü və dəqiqdir”. Xatırladaq ki, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova iclasda ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib. 

⤵️

TURANIN SƏSİ” ✍ Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09📲

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir